Formula 1-də restart qaydalarına Avstraliya Qran-Prisindən sonra yenidən baxa bilərlər
2023-cü ilin Avstraliya Qran-Prisi Formula 1 çempionatının tarixinə ən qarma-qarışıq yürüşlərdən biri kimi düşəcək. Özü də bütün problemlər qırmızı bayraqlardan sonra restartlarda yaranırdı. Bu vəziyyəti nəzərə alan stüardlar Corc Rasseli nümunə gətirərək, restart qaydalarına düzəlişlər etməyə çağırıblar.
Oxuməni.az xəbər verir ki, britaniyalı pit-leyndən əvvəlcə asta sürətlə çıxıb, sonra qarşıdakı bolidlərə çatmaqdan ötrü sürəti artırıb. “Mercedes-AMG”nin pilotunun bu hərəkəti ondan arxada, öz bokslarını tərk edən rəqibləri də analoji davranışa sövq edib. Nəticədə, pilotların sürətə görə fərqlənən iki şərti qrupu yaranıb. Məhz bu səbəbdən, trasın altıncı döngəsində problemlər əmələ gəlib.
“RacingNews365” saytı qeyd edir ki, stüardların fikrincə, gərginliyin mənbəyi qaydadır. Qaydaya görə, hətta restart pit-leyndəki yerindən keçirilən halda da lider sürət artırmaq imkanına malikdir.
Yekunda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) vəziyyəti öyrənməsi və reqlamenti dəyişəcəyi istisna olunmur.





































.jpg)
.jpg)






.jpg)



















.jpg)

























