
AVRO-2024: Türkiyə Ermənistana qalib gəlib, Xorvatiya qələbəni əldən verib
AVRO-2024-ün seçmə mərhələsində I tura yekun vurulub.
Son olaraq A, D və I qruplarında ümumilikdə 3 oyun keçirilib.
D qrupunda Türkiyə yığması səfərdə Ermənistan üzərində əzmkar qələbə qazanıb - 2:1. Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. "Ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak avtoqol müəllifi olub. 35-ci dəqiqədə Orkun Kökçü uzaq məsafədən baxımlı zərbə ilə tarazlığı bərpa edib. Türkiyə yığmasının qələbə qolunu isə 64-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.
İspaniya millisi evdə Norveçin qapısından 3 cavabsız qolla qalib gəlib. Xorvatiya yığması doğma meydanda Uelslə heç-heçə edib - 1:1. Rumıniya isə səfərdə Andorradan üstün olub.
AVRO-2024, seçmə mərhələ
I tur
A qrupu
18:00. Şotlandiya - Kipr - 3:0
Qollar: Con Makginn, 21. Skott Maktominey, 87; 90+3
Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5
23:45. İspaniya - Norveç - 3:0
Qollar: Dani Olmo, 13. Xoselu, 84; 85
Xal durumu: Şotlandiya - 3, İspaniya - 3, Gürcüstan - 0 (oyun keçirməyib), Kipr - 0, Norveç - 0
D qrupu
21:00. Ermənistan - Türkiyə - 1:2
Qollar: Ozan Kabak, 10 (avtoqol) - Orkun Kökçü, 35. Kerem Aktürkoğlu, 64
23:45. Xorvatiya - Uels - 1:1
Qollar: Andrey Kramariç, 23 - Neytan Brodhed, 90+3
Xal durumu: Türkiyə - 3, Uels - 1, Xorvatiya - 1, Latviya - 0 (oyun keçirməyib), Ermənistan - 0.
I qrupu
21:00. Belarus - İsveçrə - 0:5
Qollar: Renato Şteffen, 4; 17; 29 (penalti). Qranit Caka, 62. Zeki Amduni, 65
23:45. Andorra - Rumıniya - 0:2
Qollar: Dennis Man, 35. Denis Alibek, 49
Qırmızı vərəqə: Mark Rebes, 61 (Andorra)
21:00. İsrail - Kosovo - 1:1
Qollar: Don Perets, 56 - Eli Dasa, 36 (avtoqol)
Xal durumu: İsveçrə - 3, Rumıniya - 3, Kosovo - 1, İsrail - 1, Andorra - 0, Belarus - 0.
Report