Tanınmış media şirkətinin rəhbəri üzr istəyib

Tanınmış media şirkətinin rəhbəri üzr istəyib

13 Mart 2023 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

BBC-nin baş direktoru Tim Davey, məşhur idman proqramının aparıcısı olan Böyük Britaniyanın keçmiş futbolçusu Qari Linekerin "Match of the Day" proqramının dayandırılmasından sonra, bütün günü idman proqramını pozduğuna görə lisenziya haqqı ödəyicilərindən üzr istəyib.

Oxuməni.az xəbər verir ki, bazar günü, martın 12-də Davey vəziyyəti həll etmək üçün "çox çox çalışdığını" söyləyib. O, Linekerin yenidən efirə qayıda biləcəyinə və idman tədbirlərini işıqlandırmağa davam edəcəyinə ümid etdiyini bildirib. BBC-nin baş direktoru media korporasiyası üçün “çətin gün” olduğunu etiraf edib.

Bir gün əvvəl BBC-də futbol proqramı dayandırıldı, bir çox jurnalistlər Linekerin fəaliyyətinin dayandırılmasına etiraz olaraq efirə çıxmaqdan imtina etdilər. Onların proqramları moderatorsuz keçdi və ya yazılarla əvəz olundu. Günün matçı 20 dəqiqəlik epizod kimi qısaldıldı.

Qari Lineker miqrantlarla bağlı qanun layihəsini tənqid edən tvitindən sonra, onun fəaliyyəti dayandırılıb. O, Tvitter səhifəsində yazıb ki, qanun layihəsi “ən zəiflərə qarşı qəddar siyasətdir” və qanunun yazı üslubu 1930-cu illərdə Almaniyada başverənlərə bənzəyir. Bundan sonra BBC rəhbərliyi Linekerin "sosial şəbəkələrdən istifadəsi ilə bağlı onunla razılıq əldə olunmayana qədər" efirə çıxmayacağını bildirib. Teleradio şirkətinin nümayəndələri mövqelərini onunla əsaslandırdılar ki, Lineker, onların fikrincə, ictimai hüquqi media üçün məcburi olan siyasi neytrallıq prinsipini pozub.

Martın 7-də Böyük Britaniyada siyasi sığınacaq verilməsi haqqında yeni qanun layihəsi təqdim olunub. Böyük Britaniyanın sərhədlərini qanunsuz olaraq keçmiş və Ruanda kimi təhlükəsiz üçüncü ölkələrə geri qaytarılması, miqrantların sonradan Böyük Britaniyaya girişinə ömürlük qadağa qoyulmaqla qovulmasını nəzərdə tutur.

E.Axund, Oxuməni.az