
Qətərli investorlar Mançester Yunayted-i 5 milyard funt-sterlinqə almağa hazırdırlar
Qətərli investorlar Mançester Yunayted-i 5 milyard funta (5,7 milyard avro) almağa hazırdırlar.
Oxuməni.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, onlar müvafiq təklif hazırlayırlar. Ölkənin keçmiş baş naziri və Qətər İnvestisiya Təşkilatının keçmiş rəhbəri Hamad bin Jasim bin Caber Al Thani-nin də daxil olduğu konsorsium, klubu Qleyzerlər ailəsindən almaq təklifini yekunlaşdırır.
Xatırladaq ki, “Mançester Yunayted” yeni sahiblər axtarışındadır. 2005-ci ildən kluba sahib olan Qleyzer ailəsi çox güman ki, aktivlərini tam satacaq. Seçim və baxılmasını “Çelsi”nin satışı üzrə əməliyyata rəhbərlik edən bank, müraciətlərin toplanmasına başlayıb.
Hal-hazırda İngiltərə klubu Premyer Liqanın turnir cədvəlində üçüncüdür.
E,Axund, Oxuməni.az
Digər xəbərlər