"Çelsi" 14 futbolçunun transferinə yarım milyard avrodan çox pul xərcləyib

"Çelsi" 14 futbolçunun transferinə yarım milyard avrodan çox pul xərcləyib

21 Yanvar 11:37
84
Bəyəndim (0) Bəyənmədim (0)

Londonun “Çelsi”si yeni sahibi Todd Boulinin rəhbərliyi altında 14 futbolçu ilə müqavilə imzalayıb.

Klubun növbəti yeni futbolçusu Niderlandın PSV klubundan təxminən 35 milyon avroya aldığı 20 yaşlı hücumameyilli yarımmüdafiəçi Noni Maduekedir. Bu transfer London klubu üçün yeni sahiblərin rəhbərliyi altında 14-cü transfer olub.

Ümumilikdə, “Çelsi” mümkün bonuslar və kredit ödənişləri də daxil olmaqla, transferlərə 500 milyon avrodan çox xərcləyib.

Eyni zamanda, son on matçda "Çelsi" beş məğlubiyyət alıb, üç dəfə heç-heçə edib və cəmi iki qələbə qazanıb.