"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

14 Yanvar 12:33
130
Bəyəndim (0) Bəyənmədim (0)

"Yenidən futboldan zövq almaq istəyirəm".

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Adama Diakabi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Polşa "Rakuv"una 0:3 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra Peşəkar Futbol Liqasının yutub kanalına açıqlamasında deyib.

Fransalı futbolçu Ağdam klubuna keçdiyi üçün məmnum olduğunu bildirib: "Həm müqavilə imzaladım, həm də ilk oyunumu keçirdim. Komanda haqqında məlumatım var idi. Burada əvvəldən tanıdığım futbolçular var. Məsələn, Abdullah Zubiri qeyd edə bilərəm. Hamı "Qarabağ" barədə yalnız xoş sözlər danışır".

Təxminən 1 il əvvəl Bakıya gəldiyini xatırladan 27 yaşlı forvard həmin vaxt "Qarabağ"ın bazası və şəhər ilə tanış olub: "Komandanın bir çox oyunlarını izlədim. Fransa "Marsel"i, Yunanıstan "Olimpiakos"u ilə matçlara baxdım. Təəssüratlarım yaxşıdır".

Uzun müddət futbol oynamadığını söyləyən təcrübəli futbolçu əvvəlki formasını mümkün qədər tez bərpa etməyə çalışdığını vurğulayıb: "Məşqçilər heyəti ilə hər gün işləyirik. Addım-addım irəliləyirik".

Qeyd edək ki, Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.