Dünya çempionatın finalında Messi dolandırıldı

Dünya çempionatın finalında Messi dolandırıldı

10 Yanvar 2023 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

2022 FIFA Dünya Kubokunu qazanan Lionel Messi dərhal çoxsaylı kameraların obyektivinə tuş gəlib.

Oxuməni.az xəbər verir ki, Messi zəfərini qeyd edərkən, sadiq pərəstişkarları tərəfindən aldadıldığını fərq etmədi.

Məlum olub ki, sonradan sosial şəbəkədə yayımlanan fotoda futbolçu saxta kubokla pozalar verib. Bu biabırçılıq hücumçunun azarkeşlərinin günahı üzündən olub. Necəsə Messinin əlinə keçən kubokun suvenir olmasını ona xəbərdar etməyiblər.

Bildirilir ki, Lionel onun əsl kubokla yox, suvenirlə şəkil çəkdirdiyindən şübhələnməyib. Yeri gəlmişkən, kuboku Messinin həyat yoldaşı Antonella Rokuzzo və onun varislərindən biri də göyə qaldıraraq şəkillər çəkdiriblər.

Rüfət, Oxuməni.az