"Qarabağ" 10 milyonluq futbolçunu HEYƏTİNƏ QATDI - VİDEO

"Qarabağ" 10 milyonluq futbolçunu HEYƏTİNƏ QATDI - VİDEO

6 Yanvar 22:39
166
Bəyəndim (0) Bəyənmədim (0)

“Qarabağ”ın heyətinə qatdığı yeni oyunçunun adı bəllidir. Ağdamlılar yayda anlaşa bilmədiyi Adama Diakabinin transferini indi rəsmiləşdirir.

Oxuməni.az xəbər verir ki, Türkiyədə hazırlıq keçən “Qarabağ”ın düşərgəsində olan futbolçu məşqlərə qatılır. Tezliklə onunla rəsmi müqavilə bağlanacaq. Müqavilənin dəyəri, müddəti və s. detallar hələ dəqiqləşməyib.

Fransa gənclər millisində 4 oyuna çıxmış solaxaq vinger Seneqal əsillidir. Ayaççoda doğulmuş 26 yaşlı Adama “Qarabağ”a azad agent kimi gəlib.

“Kan” yetirməsi peşəkar futbola “Renn”də başlayıb. Bu klub 2017-ci ildə onu “Monako”ya 10 milyon avroya satıb. O zaman Diakabiyə PSJ-yə keçən Kilian Mbappenin əvəzedicisi gözüylə baxılırdı. Maraqlıdı ki, bir il sonra “Knyazlıq klubu” da onu 10 milyon avro qarşılığında “Haddersfild”ə buraxmağa razı oldu. İngiltərə klubu 2020-ci ildə onu “Nottingem Forest”ə, iki il sonra “Amyen”ə icarəyə vermişdi.

2022-ci ilin iyulundan klubsuz olan Adama həmin vaxt “Qarabağ”a gəlməkdən imtina etmişdi. İndi isə fransalının razılığını almaq mümkün olub.

Bu, “Qarabağ”ın Fransa 2-ci liqasından aldığı ilk oyunçu deyil. Abdullah Zubir də ölkəmizə “Lans”dan gəlmişdi.

Futbolinfo.az