Ronaldo və sevgilisi Ərəbistanda bir evdə yaşayacaqlar

Ronaldo və sevgilisi Ərəbistanda bir evdə yaşayacaqlar

6 Yanvar 2023 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanında evli olmayan cütlüklərin eyni evdə yaşamasına icazə verilmədiyi üçün Ronaldo və sevgilisinin vəziyyəti insanlarda maraq doğurub. Rəsmilər dünyaca məşhur cütlüyün bu qaydadan azad ediləcəyi bildiriblər. Al Nassr ilə müqavilə imzalayan Ronaldonun ailəsi ilə Səudiyyə Ərəbistanındakı həyatında yeni hadisə baş verib. Mövzu ilə bağlı fikirlərini açıqlayan hüquqşünaslar Səudiyyə Ərəbistanının artıq bu qanunu ciddi şəkildə tətbiq etmədiyini ifadə edərək, səltənətin qaydaları hələ də evli olmayan cütlüklərin birlikdə yaşamasına icazə vermir. Amma indi bu qaydalar ancaq belə hallar aşkar edilərsə tətbiq edilir. Əslində bu problem həm də cinayətdir. Etiraf edək ki, bəziləri bu qaydaları bilə-bilə pozurlar.

Murad Şahməmmədov