
Ronaldo yeni klubunda: Debüt matçın vaxtı açıqlandı
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun “Əl-Nəsr” klubunda debüt oyununun vaxtı bəlli oldu.
Oxuməni.az xəbər verir ki, 38 yaşlı futbolçu yanvarın 5-də ilk oyununa çıxacaq. Ronaldonun iki illik müqavilə bağladığı “Əl-Nəsr” həmin gün “Əl-Tae” ilə qarşılaşacaq.
Ronaldo bu gün Ər-Riyada yollanaraq komanda ilə birlikdə məşqlərə qoşulacaq.
Digər xəbərlər