KARATEÇİLƏRİN ÇOX MARAQLI BAYRAM TƏDBİRİ

KARATEÇİLƏRİN ÇOX MARAQLI BAYRAM TƏDBİRİ

31 Dekabr 2022 17:16
Bəyəndim (14) Bəyənmədim (0)

31 dekabr 2022-ci il Azərbaycan Respublikasının Ashihara Karate Federasiyasının, Ashihara Karate Sulutəpə Kulubunun idmançıları üçün unudulmaz olub. Bu gün onlar üçün üçqat bayram şənliyi təşkil olunmuşdu. Həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həm yeni təqvim ili, həm də yeni klublarının açılışı idmançılara əlavə sevinc bəxş etmişdi. Tədbiri giriş sözü ilə açan Sulutəpə Ashihara Karate Klubunun məşqçisi 1-ci dan Qara Kəmər ustası, Avropa, Asiya və Dünya çempionu Kənan Quliyev göstərdiyi dəstəyə görə Azərbaycan Ashihara Karate Federasiyasının Prezidenti, əməkdar idman xadimi Marif Bağırova xüsusi təşəkkürünü bildirdi. Daha sonra ənənəvi olaraq bütün idman tədbirlərində olduğu kimi dövlət himnimiz səsləndirildi. Mərasimin rəsmi hissəsi bitdikdən sonra, bayram şənliyinə Şaxta baba və Qar qızın gəlməsi ilə tədbirdə daha da yaddaqalan anlar yaşandı.

Uşaqlarla yanaşı valideyinlər də tədbirdə xüsusi fəallığı ilə seçilirdilər. Karateçilərin xüsusi idman hərəkətləri, təbrik çıxışları tədbiri izləyənləri o qədər sevindirmişdi ki, bunu onların alqışlarından hiss etmək çətin deyildi. Şaxta Baba və Qar Qızın uşaqlarla birlikdə keçirdiyi şən və əyləncəli oyunlar, müsabiqələr, müasir və coşdurucu rəqslər, mahnılar tədbirə xüsusi əlavə gözəllik qatmışdı. Sonda bütün idmançılara Şaxta baba və Qar qızın hədiyyələri çatdırıldı.

Mən də Oxuməni.az xəbər portalının müxbiri Murad Şahməmmədov olaraq mərasimi axıra qədər izlədim və məndə yaranan xoş təəsüratları bütün oxucularımıza çatdırmaq məqsədi ilə bu tədbiri qısa da olsa qələmə aldım.

Hazırladı: Şaxta baba (Murad Şahməmmədov)