Pele dünyanın ən hündür şaquli qəbiristanlığında dəfn olunacaq

Pele dünyanın ən hündür şaquli qəbiristanlığında dəfn olunacaq

30 Dekabr 2022 22:16
Bəyəndim (0) Bəyənmədim (0)

Əfsanəvi braziliyalı futbolçu Pele (əsl adı Edson Arantes do Nascimento) yanvarın 3-də ölkənin cənub-şərqindəki Santos şəhərindəki 14 mərtəbəli qəbiristanlıqda dəfn olunacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə cümə günü, dekabrın 30-da Futbol Kralının 18 il çıxış etdiyi Braziliyanın “Santos” futbol klubu məlumat yayıb.

Artıq bu qəbiristanlıqda Pelenin bəzi qohumları, eləcə də klub yoldaşı Koutinyo (əsl adı Antonio Wilson Vieira Honorio) dəfn olunub. "Memorial Necropole Ecumenica" kompleksi 1991-ci ildə tikilib və dünyanın ən hündür şaquli qəbiristanlığı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Pelenin özü keçmiş müsahibələrinin birində bu yerin "ruhən dinclik saçdığını" söyləmişdi.

Üçqat dünya çempionu dekabrın 29-da San-Pauludakı klinikalardan birində dünyasını dəyişib. Pele noyabrın sonundan xəstəxanada müalicə alırdı. O, COVID-19-un ağırlaşdırdığı respirator infeksiyanın müalicəsi üçün xəstəxanaya yerləşdirilmişdi. Xərçəng xəstəliyinin də müalicəsinə ehtiyac var idi.

E.Axund, Oxuməni.az