
Azərbaycanda 26 sentyabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 25 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.
Mingəçevir şəhər sakinləri Eldar Qarayev və onun oğlu Rauf bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmişlər
26.09.2012
Sentyabrın 26-da Yevlax rayonunun Hacıselli kəndi ərazisindən, Mingəçevir şəhər sakinləri Eldar Qarayev və onun oğlu Rauf bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmişlər. Rauf orada ölmüş, Eldarın vəziyyəti isə orta-ağırdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yevlax RPŞ tərəfindən aparılır.
Avtomaşın qaçırmağa cəhd göstərmiş Bakı şəhər sakini Elvin Yusifəliyev tutulmuşdur
26.09.2012
Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Xətai rayonu ərazisində yaşayan Nəriman Həmidova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmağa cəhd göstərmiş Bakı şəhər sakini Elvin Yusifəliyev tutulmuşdur.
Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2012
Sentyabrın 26-da saat 08.50 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində, İlqar Bağırov "Toyota" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Yusif Hüseynovun idarə etdiyi "VAZ-2101", sonradan isə yolun kənarında saxlanılmış Canbala Həşimova məxsus "VAZ-2106" markalı avtomaşınlara vurmuşdur. Nəticədə xəsarət almış Y.Hüseynov və sərnişini Əliverdi Vəliyev xəstəxanaya yerləşdirilmişlər. Y.Hüseynov orada ölmüş, Ə.Vəliyevin vəziyyəti isə orta-ağırdır.
Bərdə rayonunun Divanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2012
Sentyabrın 26-da saat 20.15 radələrində Bərdə rayonunun Divanlı kəndi ərazisində, kənd sakini Elmir Həsənovun idarə etdiyi "VAZ-2011" və Ağdam rayon sakini Loğman Ağayevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Həsənov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Bəhruz Əsgərov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2012
Sentyabrın 26-da saat 12.05 radələrində Qaradağ rayonu ərazisində, şəxsiyyəti müəyyən edilməmiş sürücü "Otoyol" markalı avtobusu idarə edərkən, onu qarşıda gedən Şabran rayon sakini Sabir Hüseynovun idarə etdiyi "Mercedes" markalı yük avtomaşınına vurmuşdur. Nəticədə avtobusda olan 14 nəfər sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2012
Sentyabrın 26-da saat 15.30 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Cavidan Əhmədzadə vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Binəqədi rayonu ərazisindən 1 ədəd qumbara tapılmışdır
26.09.2012
Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisindəki zeytun bağının ərazisində 1 ədəd "F-1" qumbarası tapılmışdır.
Nahid Abdullayevin quldurluq yolu ilə əldə etdiyi avtomaşının yük yerinə baxış zamanı oğurlanmış dövlət nömrə nişanları aşkar edilmişdir
26.09.2012
Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nahid Abdullayevin quldurluq yolu ilə əldə etdiyi "VAZ-2106" markalı avtomaşının yük yerinə baxış zamanı Ramil Əliyevə məxsus "Mercedes" markalı avtomaşından oğurlanmış dövlət nömrə nişanları aşkar edilmişdir. N.Abdullayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Elnur Əliyevlə və Rəsul Abdulllayevlə birgə Taleh Hacıyevə məxsus "VAZ-2106" markalı avtomaşınını qaçırmaları da müəyyən edilmişdir.
Oğurluq etmiş Bakı şəhər sakinləri Mirabdullabəy Kəlbəliyev və Etibar Abbasov tutulmuşlar
26.09.2012
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Südabə Asdanovanın evindən 3100 manat pul və qızıl əşyaları oğurlamış Bakı şəhər sakinləri Mirabdullabəy Kəlbəliyev və Etibar Abbasov tutulmuşlar.
Ümumi çəkisi 1,633 t olan 1789 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir
26.09.2012
Gədəbəy RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 633 kiloqram olan 1789 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
Abşeron rayon sakinləri Novruz Əliyev və Qırmirə Məmmədova zəhərlənmişlər
26.09.2012
Sentyabrın 26-da Abşeron rayon sakinləri Novruz Əliyev və Qırmirə Məmmədova öz evlərindən spirtli içki və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Bakıda daş karxanasında bədbəxt hadisə baş vermişdir
26.07.2012
Səbail rayonu, Salyan yolu, 32 ünvanında yerləşən daş karxanasında bəsbəx hadisə baş vermişdir. Həmin karxanada fəhlə işləyən 1983-cü il təvəllüdlü Pünhan Elbrus oğlu Cabbarov yıxılaraq aldığı xəsarətdən ölmüşdür. Faktla bağlı araşdırma aparılır.
Şirvan şəhərində yaşayan 2 yaşlı Ömər İbişov 4-cü mərtəbədən yıxılaraq ölmüşdür
26.09.2012
Sentyabrın Şirvan şəhərində yaşayan 2 yaşlı Ömər İbişov ehtiyatsızlığı nəticəsində yaşadığı evin 4-cü mərtəbəsinin eyvanından yıxılmış və aldığı xəsarətdən ölmüşdür.
O.M.