Siyəzəndə 36 kilovatlıq yarımstansiyada yanğın baş verdi

Siyəzəndə 36 kilovatlıq yarımstansiyada yanğın baş verdi

24 Sentyabr 2012 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Siyəzən rayonu ərazisindəki 36 kilovatlıq yarımstansiyada yanğın baş verib. Apa-nın yerli sakinlərə istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə Sumqayıt, Siyəzən, Şabran və Xızı rayonlarının yanğınsöndürənləri cəlb olunub. Bir neçə saat davam edən yanğını səhər saatlarında söndürmək mümkün olub. Yanğın nəticəsində yarımstansiyanın elektriklə təmin etdiyi bəzi ərazilərdə elektrik enerjisinin nəqlində fasilələr yaranıb. Artıq həmin ərazilərə elektrik enerjisinin verilişinin bərpa olunduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.