
Neftçi – ilk oyun, ilk xal, ilk sevinc
Bu gün Neftçi Avropa Çempionlar liqası qrup mərhələsi çərçivəsində debüt matçına uğurla başladı. H qrupunda rəqib meydanında oyuna çıxan flaqman ilk dəqiqələrdən müdafiəyə çəkilsə də, sonradan oyunu bərabərləşdirə bildi. Uefa.com-un məlumatına görə, birinci hissədə Neftçi Partizanın qapısında 3 ardıcıl qol vəziyyəti yaratsa da, idman xoşbəxtliyi rəqibin tərəfində oldu.
İkinci hissədə də Neftçi oyuna uğurla start verdi. Partizanın hücumlarının qarşısını asanlıqla alan flaqman çoxlarını təəccübləndirə bildi. Oyunun əlavə olunmuş 5 dəqiqə vaxtında qapıçımız Saşa Stamenkovic zədələnsə də, qapısını sona qədər qoruya bildi. Oyunun ümumi statistik məlumatları belə oldu: Qapılara dəqiq zərbə 1-1; qapılara qeyri-dəqiq zərbə 9-1; küncdən zərbə 6-6; ofsayd 2-1; cərimələr 10-11; sarı vərəqə 3-3.
Beləliklə, Azərbaycan çempionu Avropa Çempionlar liqası qrup mərhələsi çərçivəsində debütünü 1 xalla rəsmiləşdirdi. Bu göstərici ilə Neftçi digər qrup rəqibləri ilə eyni xalla 1-4-cü yerləri bölüşür.
O.M.