Millimiz dünya çempionatında Portuqaliya ilə üz-üzə

Millimiz dünya çempionatında Portuqaliya ilə üz-üzə

11 Sentyabr 2012 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin ikinci oyununda Portuqaliya ilə qarşılaşacaq.
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdir. Belə ki, Portuqaliya artıq iki seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub. Təəssüf ki, bu qarşılaşmalarda yığmamız o qədər də uğurlu çıxış edə bilməyib. Yalnız bir dəfə Bakıda 1:1 hesablı heç-heçə etdiyimiz bu komandaya digər oyunlarda 0:7, 0:3, 0:2 hesablarıyla uduzmuşuq.

DÇ-2014-ün seçmə mərhələsi
11 sentyabr

00:15. PORTUQALİYA – AZƏRBAYCAN
Braqa. "AXA Stadium".
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Radoslav Sieyka, Robert Malek (hamısı Polşa).

O.M.