Azərbaycan millisi FİFA-nin reytinq cədvəlində bir pillə irəliləyib

Azərbaycan millisi FİFA-nin reytinq cədvəlində bir pillə irəliləyib

5 Sentyabr 2012 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan milli komandası reytinq siyahısında 1 pillə irəliləyib. Berti Foqtsun komandası hazırda 324 xalla 107-ci pillədə qərarlaşıb.

"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinə məxsusdur. Pireneylilər 1232 xalla bir pillə irəliləyərək 4-cü sıradadırlar.

Rusiya yığması isə 2 pillə geriləyərək 990 xalla 13-cü yerə düşüb.

Rəqiblərimizdən İsrail 7 pillə irəliləyərək 75-ci olub.

Qonşumuz Türkiyə 5 pillə geriləyərək 678 xalla 35-ci yerdə qərarlaşıb.

Siyahıya yenə İspaniya başçılıq edir. Son Avropa və dünya çempionunun aktivində 1617 xal var. Almaniya millisi 1437 xalla ikinci, İngiltərə isə 1274 xalla üçüncü olub.

1. İspaniya
2. Almaniya
3. İngiltərə
4. Portuqaliya
5. Uruqvay
6. İtaliya
7. Argentina
8. Hollandiya
9. Horvatiya
10. Danimarka

O.M.