Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

4 Sentyabr 2012 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başlayıb. ANS PRESS-in məlumatına görə, çempionatın ilk günündə Azərbaycan güləşçisi Rövşən Tağıyev 1/16 final mərhələsində Ermənistan təmsilçisi Vazgen Xaçatryan ilə üz-üzə gəlib.

60 kq çəkidə mübarizə aparan Tağıyev erməni rəqibini məğlub edərək (4:0, 0:2, 3:0) 1/8 final mərhələsinə yüksəlib.
İdmançılarımızın çıxışlarının onlayn nəticələrini təqdim edirik:

50 kq
1/16 final - Aşkan Həsən Qolikiani (IRI) - Murad BAZAROV (AZE) (0:1, 0:4)
1/8 final - Murad BAZAROV (AZE)

60 kq
1/16 final - Rövşən TAĞIYEV (AZE) - Vazgen Xaçatryan (ARM) (4:0, 0:2, 3:0)
1/8 final - Rövşən TAĞIYEV (AZE)

74 kq
1/16 final - Paskal Eysele (GER) - Şamil ERTUQANOV (AZE) (2:2, 1:0, 0:1)
1/8 final - Şamil ERTUQANOV (AZE)

96 kq
1/8 final - Sunil Sunil (IND) - Abas ABDULLAYEV (AZE)

O.M.