
"Neftçi"nin Avropa Liqasında rəqibi məlum oldu
Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, ölkəmizi ilk dəfə avrokubokların əsas mərhələsində təmsil edəcək "Neftçi"nin də rəqibləri müəyyənləşib.
H qrupuna düşən "Neftçi"nin bəxtinə I səbətdən İtaliyanın "İnter" klubu çıxıb. 2009/10 mövsümündə Çempionlar Liqasının qalibi olmuş Milan təmsilçisi ilə yanaşı, Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klubları da "ağ-qaralar"a rəqib olub.
Bir neçə il əvvəl Çempionlar Liqasında Bakının "İnter" klubunu mübarizədən kənarlaşdıran "Partizan"dan fərqli, digər 2 komanda ilk dəfə Azərbaycan təmsilçisi ilə qarşılaşacaq.
A qrupu: "Liverpul" (İngiltərə), "Udineze" (İtaliya), "Yanq Boys" (İsveçrə), "Anji" (Rusiya),
B qrupu:"Atletiko" (Madrid, İspaniya), "Hapoel" (Təl-Əviv, İsrail), "Viktoriya" (Çexiya), "Akademika" (Portuqaliya),
C qrupu: "Marsel" (Fransa), "Fənərbaxça" (Türkiyə), "Borussiya" (Mönhenqladbax, Almaniya), AEL (Kipr),
D qrupu:"Bordo" (Fransa), "Brügge" (Belçika), "Nyukasl" (İngiltərə), "Maritimo" (Portuqaliya),
E qrupu:"Ştutqart" (Almaniya), "Kopenhagen" (Danimarka), "Styaua" (Rumıniya), "Molde" (Norveç)
F qrupu: PSV (Hollandiya), "Napoli" (İtaliya), "Dnepr" (Ukrayna), AİK (İsveç)
G qrupu: "Sportinq" (Portuqaliya), "Bazel" (İsveçrə), "Genk" (Belçika), "Videoton" (Macarıstan)
H qrupu:"İnter" (İtaliya), "Rubin" (Rusiya), "Partizan" (Serbiya), "Neftçi" (AZƏRBAYCAN)
İ qrupu:"Lion" (Fransa), "Atletik" (Bilbao, İspaniya), "Sparta" (Çexiya), "Hapoel" (Kiryat Şmona, İsrail),
J qrupu:"Tottenhem" (İngiltərə), "Panatinaikos" (Yunanıstan), "Latsio" (İtaliya), "Maribor" (Sloveniya)
K qrupu:"Bayer" (Leverkuzen, Almaniya), "Metallist" (Ukrayna), "Rusenborq" (Norveç), "Rapid" (Avstriya)
L qrupu:"Tvente" (Hollandiya), "Hannover" (Almaniya), "Levante" (İspaniya), "Helsinborq" (İsveç)
O.M.