Neftçi tarix yazdı!

Neftçi tarix yazdı!

31 Avqust 2012 10:08
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən Avropa Liqasının play-off mərhələsinin cavab görüşləri keçirilib

Bu mərhələdə yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu səfərdə Kiprin APOEL komandasının qonağı olub. Bakıda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz Nikosiyada aydınlıq gələcəkdi. "Neftçi" qrup mərhələsinə vəsiqə qazanmaq üçün bu görüşdə mütləq qələbə qazanmalı, ya da ən azı 2:2 (3:3 və s.) hesablı heç-heçəyə nail olmalı idi. Lakin səfərdə 3:1 hesabı ilə qələbə qazanan Böyükağa Hacıyevin komandası tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində iştirak edəcək. Qolları Benaçour - 44, İmamverdiyev - 22, Vobay - 31, Flavinyo - 60-dəqiqələrdə vurub.

O.M.