
“Real” “Barselona”nı məğlub etdi-VİDEO
Madridin "Santyaqo Bernabeu" stadionunda İspaniya Superkubokunun cavab qarşılaşmasında "Real" "Barselona"nı qəbul edib. Reginal TV-nin xəbərinə görə, ilk oyunda olduğu kimi yenə hesabı açan "Real" olub. Lakin bu dəfə madridlilər az keçməmiş 2-ci qolu da vurmağa müvəffəq olub. Bundan sonra "Barselona"nın gücü yalnız 1 qol vurmağa çatıb. Planetin 2 ən güclü futbolçusu Kriştianu Ronaldo və Lionel Messinin hər ikisinin qol vurduğu matçın nəticəsi elə ilk yarıda müəyyənləşib.
Fasilədən sonra tərəflərin heç biri qol vura bilməyib. Ümumi hesab 4:4 olsa da "Real" səfərdə daha çox qol vurması sayəsində Superkuboka yiyələnib. "Real" isə bu qələbə ilə əzəli rəqibi üzərində ümumi qələbələrin sayını görə irəli çıxdı 88:87.
İspaniya Superkuboku
"Real" – "Barselona" – 2:1
İquayn, 11, Ronaldo, 19 – Messi, 45 İlk oyun – 2:3
O.M.