"Real" fanatları bu xəbərə kədərlənəcək

"Real" fanatları bu xəbərə kədərlənəcək

27 Avqust 2012 11:03
Bəyəndim (0) Bəyənmədim (0)
"Real" uduzdu, "Barcelona" qazandı

Futbol üzrə İspaniya La Liqasında II turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub. Səfərdə "Osasuna"nın qonağı "Barselona" növbəti qələbəsini qazanıb. Hesabda geri düşən Kataloniya təmsilçisi Lionel Messinin iki qolu sayəsində görüşdən qalib ayrılıb - 2:1.

Madrid "Real"ı isə növbəti dəfə qələbə həsrət qalıb. Səfərdə "Qetafe" ilə qarşılaşan Joze Mourinyonun komandası meydanı xalsız tərk edib - 1:2.

Doğma meydanında "Deportivo"nu qəbul edən "Valensiya" yenə qələbə qazana bilməyib. Hərəyə 3 dəfə fərqlənən komandalar sonda bir xalla kifayətlənməli olublar- 3:3.

Qeyd edək ki, II tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

25 avqust

İspaniya La Liqasında II turun oyunları

"Real" (Sosyedad) - "Selta Veqo" - 2:1
Qollar:
Lukas, 49 (0:1), Agirretxe, 54 (1:1), 61 (2:1)

"Espanyol" - "Saraqoza" - 1:2
Qollar:
Vaskez, 43 (0:1), Apono, 51-pen (1:1), Poştiqa, 89 (1:2)

"Betis" - "Rayo Vallekano" - 1:2
Qollar:
Piti, 2 (0:1), Milona, 4 (1:1), Karrilho, 62 (1:2)

"Malaqa" - "Malyorka" - 1:1
Qollar:
Hemed, 67 (0:1), Lopes, 77 (1:1)

26 avqust

"Osasuna" - "Barselona" - 1:2
Qollar:
Lorente, 17 (1:0), Messi, 76 (1:1), 80 (1:2)

"Qranada" - "Sevilya" - 1:1
Qollar:
Riko, 36 (1:0), Neqredo, 44 (1:1)

"Qetafe" - "Real" (Madrid) - 2:1
Qollar:
İquain, 27 (0:1), Valera, 53 (1:1), Barrada, 75 (2:1)

"Valensiya" - "Deportivo" - 2:1
Qollar:
Soldado, 11 (1:0), 28 (2:0), Aquilar, 38 (2:1), 59 (3:2), Feghouli, 41 (3:1), Pizzi, 76-pen (3:3)

27 avqust

"Valyadolid" - "Levante"

"Atletiko" (Madrid) - "Atletik" (Bilbao)

O.M.