
Qaxda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə məxsus transformator yanıb
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qax rayonu, Beşfaiz kəndində "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə məxsus gücü 10 kvt olan transformatorun sarğıları və yağı yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər