"Barselona" və "Real" derbi matçında 5 qol vuruldu

"Barselona" və "Real" derbi matçında 5 qol vuruldu

24 Avqust 2012 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə İspaniya Superkuboku çərçivəsində ilk oyun keçirilib. Qol.Az-ın məlumatına görə, həlledici görüşdə əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib. La Liqanın qalibi "Real" və "kral kuboku"nun sahibi "Barselona"nın dueli bütün dünyada böyük maraqla gözlənilirdi. Kataloniyada keçiriləcək ilk oyun Bakı vaxtı ilə gecə saat 01:30-da başlayıb. Fasiləyə qolsuz yollanan komandaların duelində hesab ikinci hissədə açılıb. İlk qol "Real"dan gəlsə də, Madrid təmsilçisinin sevinci uzun sürməyib. Görüş isə 3:2 hesabı ilə "Barselona"nın xeyrinə başa çatıb. Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 6 gün sonra - avqustun 29-da Madriddə keçiriləcək.
O.M.