
Ronaldo İrina Şeykə xəyanət edib
İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo qalmaqaldadır. O, sevgilisi, evlənməyə hazırlaşdığı tatar supermodel İrina Şeykə xəyanət edib. Milli.Az Futebolinterior-a istinadən bildirir ki, Şeykin Rusiyada fotosessiya çəkilişlərində olmasını fürsət bilən Ronaldo vaxtını portuqaliyalı aktrisa və teleaparıcı Rita Pereyra ilə birlikdə keçirir.
Portuqaliya yığmasının Panama millisinə qarşı yoldaşlıq matçından sonra Ronaldo və Pereyra ölkənin cənubundakı "Seven" gecə klubunda səhərədək birlikdə olublar.
30 yaşlı Pereyra müsahibələrində indiyədək bir neçə dəfə vurğulamışdı ki, Ronaldonun "uşaqlıq dostu"dur.
Rita Pereyra habelə Ronaldonun bacıları Elma və Liliananın rəfiqəsi, futbolçunun anası Mariya Doloreşin çox sevdiyi qadındır.
Ronaldonun anasının Şeyklə münasibətləri çox sərindir və o, gəlini qismində məhz Ritanı görmək istəyir.
O.M.