İnter 7 min, “Xəzər Lənkəran” 2 manat cərimə olundu

İnter 7 min, “Xəzər Lənkəran” 2 manat cərimə olundu

22 Avqust 2012 18:38
Bəyəndim (0) Bəyənmədim (0)

AFFA-nın İntizam Komitəsi Premyer Liqanın III turunda keçirilmiş "İnter" – "Xəzər Lənkəran" oyununda baş verən xoşagəlməz olaya hüquqi qiymət verib. Affa.az-ın məlumatına görə, matç başa çatdıqdan sonra İlya Kandelaki, Baçana Sxadadze (hər ikisi "İnter") və Elnur Allahverdiyev ("Xəzər Lənkəran") aqressiv hərəkət etdikləri üçün 2 oyunluq cəzalandırılıblar. "Bankirlər" 4 min, cənub təmsilçisi isə 2 min manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra meydanda təhlükəsizlik təmin olunmadığından "İnter" daha 3 min manat cərimə ödəməli olacaq.
Analoji hadisənin baş verəcəyi təqdirdə, hər iki kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

O.M.