
Futbol dünyasının əfsanəsi Pele 83 yaşında vəfat edib
Əfsanəvi braziliyalı futbolçu Pele 83 yaşında vəfat edib.
Oxuməni.az xəbər verir ki, bu yaxınlarda Pele xərçəng xəstəliyindən əməliyyat edildikdən sonra müalicə kursu keçirdi. Dekabrın əvvəlində onun vəziyyəti kəskin şəkildə pisləşib, orqanizm kimyaterapiyaya reaksiya verməyib və həkimlər palliativ müalicəyə keçməli olublar.
Əsl adı Edson Arantes do Nascimento olan Pele dəfələrlə 20-ci əsrin ən yaxşı futbolçusu və idmançısı kimi tanınıb. O, indiyədək üç dünya çempionu olan yeganə futbolçudur.
Rüfət, Oxuməni.az
Digər xəbərlər