Ronaldo Portuqaliya millisini tərk etməklə hədələyir

Ronaldo Portuqaliya millisini tərk etməklə hədələyir

9 Dekabr 2022 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo baş məşqçi Fernando Santos ilə münaqişəyə görə milli komandanı tərk edə biləcəyini deyib.

Oxuməni.az xəbər verir ki,, Ronaldo bu addımı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) əvəzləndikdən sonra düşünüb. 37 yaşlı hücumçu baş məşqçinin qərarından narazı qalaraq Santosa qışqırıb: "Sən məni əvəz etməyə tələsirsən!" Xatırladaq ki, həmin matçda Ronaldo 65-ci dəqiqədə əvəzlənib.

⅛ finalın İsveçrə millisi ilə qarşılaşmasında (6:1) Ronaldo yalnız 73-cü dəqiqədə meydana (5:1) çıxıb, Portuqaliya yığmasının start heyətinə daxil olmayıb.

Emin Axund, Oxuməni.az