Qətərdə keçirilən dünya çempionatının 1/4 finalçılarının ilk cütü müəyyənləşib

Qətərdə keçirilən dünya çempionatının 1/4 finalçılarının ilk cütü müəyyənləşib

4 Dekabr 2022 07:09
110
Bəyəndim (0) Bəyənmədim (0)

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin iki oyunu başa çatıb.

Oxməni.az xəbər verir ki, Hollandiya və Argentina komandaları 1/4 mərhələsində üz-üzə gələcək . Qarşılaşma dekabrın 9-da baş tutacaq.

Lui van Qalın komandası Memfis Depay, Deyli Blind və Denzel Dumfrisin qolları sayəsində ABŞ-ı inamla məğlub edib. Amerikalılar üçün yeganə topu Hacı Rayt vurub. Nəticə - 3:1 Hollandiyanın qələbəsi ilə bitib. "Narıncılar" ardıcıl 11 mundial dır ki, qalib olublar. Bu onların , indiyə qədərki ən yaxşı seriyasıdır.

Argentina Avstraliyadan güclü idi. Hesabı peşəkar karyerasında 1000-ci matçına çıxan hücumçu Lionel Messi açıb. Avstraliyalı qapıçı Metyu Rayanın səhvindən istifadə edən argentinalı Julian Alvares üstünlüyünü ikiyə çatdırıb. 77-ci dəqiqədə Kreyq Qudvin 1 top vursa da , avstraliyalılar bundan artığını əldə edə bilməyiblər. Nəticə - 2:1, Argentinanın qələbəsi ilə bitib.

Emin Axund, Oxuməni.az