Dünya Kuboku 2 dekabr matçlarının nəticələri və turnir cədvəli
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin son gününə yekun vurulub.
Oxuməni.az xəbər verir ki, G və H qruplarında 3-cü turun oyunları keçirilib.
G qrupu
Braziliya - Kamerun - 0:1
Serbiya - İsveçrə - 2:3
H qrupu
Qana - Uruqvay - 0:2
Cənubi Koreya - Portuqaliya - 2:1
Qana - Uruqvay və Cənubi Koreya - Portuqaliya, Uruqvaylılar 0:2 hesabı ilə qalib gəlib, koreyalılar sensasiyalı şəkildə portuqaliyalıları 2:1 hesabı ilə məğlub ediblər.
Serbiya - İsveçrə və Kamerun - Braziliya, Serblər isveçrəlilərə 2:3 hesabı ilə uduzub, Kamerun isə sensasiyalı şəkildə Braziliyaya minimal hesabla qalib gəlib (1:0).
Braziliya 6 xalla G qrupunda birinci olub. İkinci yeri də altı xal toplayan, lakin top fərqinə görə braziliyalılara məğlub olan İsveçrə millisi tutub. Kamerun dörd, Serbiya isə bir xal toplayıb.
H qrupunda Portuqaliya 6 xalla ilk pillədən pley-offa yüksəlib. Koreya və Uruqvay hərəyə dörd xal toplayıb, koreyalılar daha çox qol vurduğuna görə daha yüksək olub. Qana isə turniri üç xalla başa vurub.