Dünya Kuboku 30 noyabr matçlarının nəticələri: Turnir cədvəli

Dünya Kuboku 30 noyabr matçlarının nəticələri: Turnir cədvəli

1 Dekabr 2022 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 30-da Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qrup mərhələsinin C və D qruplarından olan komandaların oynadığı 3-cü turun oyunları başa çatıb.

Oxuməni.az bütün matçların nəticələrini diqqətinizə çatdırır.

C qrupu

Səudiyyə Ərəbistanı - Meksika - 1:2;

Polşa - Argentina - 0:2.

D qrupu

Tunis - Fransa - 1:0;

Avstraliya - Danimarka - 1:0.

Argentinanın Polşa üzərində qələbəsi Lionel Skaloninin himayədarlarına altı xal toplamaq və C qrupunun qalibi olmaq imkanı verib ki, bu da turnirin 1/8 final mərhələsinə vəsiqəni təmin edib. Öz növbəsində polşalılar (4) ikinci yerdən Dünya Çempionatının pley-off mərhələsinə vəsiqə qazana biliblər. Meksika (4) vurulan və buraxılan qolların fərqinə görə ikinci yeri tuta bilməyib (polyaklara 2-2, meksikalılara 2-3). 1-ci turda Argentinaya 2:1 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanı dördlükdə sonuncu, dördüncü yeri tutaraq turniri tərk edir.

Məğlubiyyət Fransanın (6) D qrupunun qalibi olmasına mane olmayıb.1-ci raundda dağıdıcı 1:4 hesabı ilə uduzan Avstraliya bundan sonra ardıcıl iki qələbə qazanaraq komandasına ikinci yeri təmin edib. Tunis (4) turniri üçüncü pillədə başa vurarkən, 2020-ci il Avropa çempionatının yarımfinalçısı Danimarka komandası (1) qrup cədvəlini bağlayıb.

Emin Axund, Oxuməni.az