Qətər Dünya Kuboku  27 noyabr matçlarının nəticələri

Qətər Dünya Kuboku  27 noyabr matçlarının nəticələri

28 Noyabr 2022 08:09
94
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 27-də Qətərdə 2022-ci il dünya çempionatının qrup mərhələsinin 2-ci turunun E və F qruplarından olan komandaların oynadığı növbəti oyunlar başa çatıb.

Oxuməni.az günün bütün nəticələrini diqqətinizə çatdırır.

E qrupu

Yaponiya - Kosta Rika - 0:1;

İspaniya - Almaniya - 1:1.

F qrupu

Belçika - Mərakeş - 0:2;

Xorvatiya - Kanada - 4:1.

E qrupunda İspaniya vahid lider oldu, Luis Enrikenin yetirmələri dörd xal topladı. Yaponiya (3) ikinci, Kosta-Rika (3) üçüncü pilləyə yüksəlməyi bacarıb . Almaniya (1) isə bu qrupda dördüncü oldu.

F kvartetində günün sonuna dörd xal toplayan Xorvatiya komandası lider olub. Mərakeş komandası (4) vurduğu qolların sayına görə ikinci, Belçika (3) isə üçüncü yerdədir. Kanada (0) qrupun sonunda yer tutub və komanda turnirin pley-off mərhələsinə çıxmaq şansını itirib .

Emin Axund, Oxuməni.az