Belçika - Mərakeş matçından sonra Brüsseldə iğtişaşlar baş verib

Belçika - Mərakeş matçından sonra Brüsseldə iğtişaşlar baş verib

28 Noyabr 2022 08:01
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Çempionatında Mərakeş - Belçika matçından sonra baş verən iğtişaşlar səbəbindən polis Brüsselin mərkəzində bir sıra ərazilərə girişi bağlamalı olub .

Oxuməni.az xəbər verir ki, onlarla gənc avtomobilləri aşıraraq yandırıb , yoldan keçən avtomobillərə daş atıb və şəhər bələdiyyəsinin əmlakına ziyan vurublar . Hüquq-mühafizə orqanları izdihamı dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib və on nəfərə yaxın adam saxlanılıb .

Brüssel hakimiyyəti yerli sakinləri şəhərin mərkəzinə getməməyə çağırıb. Oxşar iğtişaşlar Antverpen və Liege, eləcə də qonşu Hollandiyada da qeydə alınıb .

Emin Axund, Oxuməni.az