İspaniya yığması dünya çempionatında Kosta-rikalıları böyük hesab ilə məğlub edib

İspaniya yığması dünya çempionatında Kosta-rikalıları böyük hesab ilə məğlub edib

24 Noyabr 2022 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya Kosta Rikanı yeddi cavabsız qolla darmadağın edib.

Oxuməni.az xəbər verir ki, qrup mərhələsində İspaniya və Kosta-Rika komandaları arasında oyun keçirilib. Komandalar Dohadakı “El Tumama” stadionunda qarşılaşıblar. Qarşıdurma 7:0 hesabı ilə avropalıların xeyrinə başa çatıb.

Start fitindən 11 dəqiqə sonra Luis Enrikenin hücumçusu Dani Olmo hesabı açıb. 10 dəqiqə sonra Marko Asensio ispanların üstünlüyünü 2 qola çatdırıb . Ona Xordi Alba köməklik edib. Tezliklə Ferran Torres penaltini qola çevirərək hesabı dağıdıcı hala gətirib.

Qalan qolları isə görüşün ikinci hissəsində avropalılar vurub. Bu dəfə oyundan Ferran Torres fərqlənib. Qalan qollar normal vaxt başa çatdıqdan sonra vurulub: 91-ci dəqiqədə Karlos Soler topu Keylor Navasın qapısına göndərib, Alvaro Morata 92-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Emin Axund, Oxuməni.az