Qətərdə daha bir sensasiya: Almaniya Yaponiyaya məğlub oldu

Qətərdə daha bir sensasiya: Almaniya Yaponiyaya məğlub oldu

24 Noyabr 2022 01:18
Bəyəndim (0) Bəyənmədim (0)

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında növbəti sensasiya hesab edilən hadisə baş verib.

Oxuməni.az xəbər verir ki, Almaniya yığması Yaponiya ilə görüşdə eynilə Argentinanın taleyini yaşayıb və 1-2 hesabı ilə məğlub olub. Halbuki almanlar oyuna yaxşı başlamışdılar. 34-cü dəqiqədə Yaponuyanın qapıçısı Qonda Raumu yıxdığına görə gündoğar ölkənin qapısına 11 metrlik zərbə təyin oldu. Almaniya yığmasının oyunçusu İlkay Gündoğan dəqiq zərbə ilə hesabı açdı. Belə görünürdü ki, almanlar oyunu qələbə ilə başa vuracaqlar. Birinci hissənin sonunda Xaverts Yaponiyanın qapısından daha bir top keçirsə də, hakim oyundankənar səbəbi ilə qolu hesaba almadı. İkinci hissəyə almanlar fəal başladılar. Gündoğanın güclü zərbəsindən sonra top qapı dirəyini silkələdi. Almanlar dəfələrlə hesabı artırmağa yaxın olsalar da Qonda bu oyunda əsl möcüzə göstərdi. 50 saniyə ərzində Qonda 4 dəfə 100 faizli qoldan qapını xilas oldu. Xondanın əla oyunundan ruhlanan yaponlar tədricən özlərinə gəlməyə baıladılar və hücumları artırdılar.

Bundan sonra Bundestim üçün əsl kabus başladı. 75-ci dəqiqədə Minamino topu rəqibin cərimə meydançasında ələ keçirdi və qapıya güclü zərbə endirdi. Noyer topu geri birbaşa Doananın üstünə qaytardı. Doana isə güclü zərbə ilə almanların torunu silkələdi və beləliklə hesab bərabərləşdi. Bundan 7 dəqiqə sonra 82-ci dəqiqədə İtakuradan pas alan Asano güclü zərbə ilə topu qapıdan keçirərək komandasını hesabda irəli çıxardı. Yaponiya oyunun sonuna kimi hesabı qoruyub saxlaya bildi və bununla da Səudiyyə Ərəbistanının ardınca dünyanın ən güclü komandasından birini məğlub edərək ikinci sensasiyaya imza atdı.

Əziz Mustafa, Oxuməni.az