Alman pilotu Fettel Formula 1-də axırıncı çıxışını edib

Alman pilotu Fettel Formula 1-də axırıncı çıxışını edib

22 Noyabr 2022 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Alman yarış pilotu, dördqat dünya çempionu Sebastyan Fettel (Sebastian Fettel) Abu-Dabidə son yarışını keçirərək uğurlu idman karyerasını başa vurub.
Oxuməni.az xəbər verir ki, Fettel 299 Formula 1 Qran Prisində iştirak edib, 52 yarışda qalib gəlib və 122 dəfə podiuma yüksəlib. Motorsport ulduzu 57 dəfə poul mövqeyindən start götürüb (kvalifikasiyanın nəticələrinə görə yarışçının tutduğu avtomobilin ən əlverişli mövqeyi). Son yarışında o, onuncu yerdə qərarlaşıb və sürücülərin turnir cədvəlində bir xal qazanıb. Əbu-Dabiyə gəldikdən sonra o, Aston Martin komandasına təşəkkür edib. Məhz orada 2010-cu ildə, 23 yaşında Formula 1-də ən gənc dünya çempionu olub.

"Daha bir neçə xal qazanmaq istərdim, amma yarışdan həzz aldım. Yarışın əvvəlində hər şeyin bir az fərqli getməsi arzuolunan olardı, amma bəzən belə olur. Bu gün ən yaxşı strategiyamız olmaya bilərdi" Sebastyan Fettel etiraf etdi - amma, əlbəttə ki, əla gündür, dəstəyə görə bütün azarkeşlərə minnətdarlığımı bildirirəm."
İyul ayında 35 yaşlı pilot 2022-ci il mövsümünün sonunda Formula 1-dən ayrılacağını açıqlamışdı.

Emin Axund, Oxuməni.az