Karateçilər “Qarabağ Azərbaycandır!” şüarını səsləndirdilər

Karateçilər “Qarabağ Azərbaycandır!” şüarını səsləndirdilər

20 Noyabr 2022 18:40
Bəyəndim (240) Bəyənmədim (1)

Bu gün Azərbaycan Aşihara Kayhan Karate Federasiyasının prezidenti əməkdar idman xadimi Marif Bağırovun təşəbbüsü ilə Sulutəpə qəsəbəsində yerləşən Aşihara Karate məktəbinin tələbələri ilə yürüş təşkil edilmişdir. Yürüşün təşkilində əsas məqsəd 20 noyabr hadisələri zamanı həlak olan şəhidlərimizin xatirəsinin əziz tutulmasını bir daha gənc idmançılara aşılamaqdan ibarət olmuşdur. Xatırladaq ki, bu gün 1991-ci ildə baş vermiş 20 noyabr faciəsinin növbəti ildönümüdür. Bu faciə 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd yaxınlığında, erməni hərbi dəstələri tərəfindən törədilib. Üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də təxminən saat 14:40 radələrində vurulub.

Bu günün idmançılarımızın yaddaşından heç vaxt silinməməsi üşün belə tədbirlərin keçirilməsinin vacibliyindən danışan Sulutəpə qəsəbəsində yerləşən Aşihara Karate məktəbinin müəllimi 1-ci dan Qara Kəmər ustası, Avropa və Asiya çempionu Kənan Quliyev onu da qeyd edib ki, indiki idmançılarımız həqiqətən də olduqca çox vətənpərvərdirlər. İlk öncə yürüşə başlamazdan əvvəl Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı idmançılar tərəfindən ziyarət edildi, şəhidlərimizə əsgər salamı verildi, daha sonra isə elə xiyabandan yürüşə start verildi. Mən də Murad Şahməmmədov oxumeni.az xəbər portalının müxbiri olaraq həmin yürüşü axıra qədər müşaiyət etmişəm. Nəzərinəzə çatdırım ki, ümumilikdə yürüş 40 km məsafəni əhatə etmişdir. Gənc idmançılarımız Sulutəpə, Xocahəsən, Hökməli və Xırdalanın bəzi yaşayış massivlərini yol boyu dairəvi olaraq hərəkət edərək qət etdilər. İdmançılar müxtəlif yaş qruplarında olsalarda hamı qoyulmuş marşurut üzrə sona qədər hərəkət edə bildi. Karateçilərimiz yürüş çərçivəsində qəsəbə sakinlərinə müxtəlif nömrələr nümayiş etdirdilər. İdmançılarımız yüksək zirvəyə qalxaraq “Qarabağ Azərbaycandır!” şüarını da səsləndirməyi unutmadılar. Sonda karateçilərə Azərbaycan Aşihara Kayhan Karate Federasiyasının prezidenti əməkdar idman xadimi Marif Bağırovun təşəkkürü çatdırıldı.

Murad Şahməmmədov