İdmançımızdan gözlənilməz final

İdmançımızdan gözlənilməz final

10 Avqust 2012 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün XXX London Yay Olimpiadasında daha bir kanoeçimiz Valentin Demyanenko start xəttinə çıxıb. Qol.Az-ın xəbərinə görə, təmsilçimiz 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayıb. Birinci qrupda yer alacaq dünya çempionumuzun rəqibləri Sebastian Marçak (Avstraliya), Naoya Sakamoto (Yaponiya), Ronilson Oliveyra (Braziliya), Matyö Qubel (Fransa), Andrey Yezyerski (İrlandiya) və Ceyson Makkumb (Kanada) olub. Demyanenko start xəttinə Bakı vaxtı ilə saat 13:51-də çıxıb. Qrupda ilk iki yeri tutan kanoeçi finala yüksələcək. Qalanları isə B və C qrupunda mübarizə aparacaqlar. Yürüşü sonuncu yerə başa vuran idmançımız olimpiadada mübarizəsini dayandırıb. Qeyd edək ki, final yürüşləri avqustun 11-də keçiriləcək.

O.M.