
Təmsilçimiz ikiqat olmpiya çempionuna qalib gəldi
Bu gün XXX London Yay Olimpiadasında Azərbaycan taekvondoçuları mübarizəyə qoşulacaqlar. Yığmamızın üzvü Ramin Əzizov artıq ilk döyüşünə çıxıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov ilk görüşündə ikiqat olimpiya və 5 qat dünya çempionu amerikalı Stiven Lopeslə üz-üzə gəlib. İdmançımız ilk hissədə minimal xal fərqi ilə geri qalsa da, sonrakı iki hissədə üstünlüyü ələ keçirərək, güclü rəqibi məğlub etdi. Ramin növbəti mərhələdə Rəsul Abdulrəhim (Qırğızıstan) – Mauro Sarmiento (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycan London olimpiadasında cəmi iki taekvondoçu ilə təmsil olunur.
O.M.
Digər xəbərlər