Azərbaycan təmsilçisi Olimiadada bürünc medal qazandı

Azərbaycan təmsilçisi Olimiadada bürünc medal qazandı

9 Avqust 2012 23:06
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın daha bir qadın güləşçisi London Yay Olimpiya oyunlarında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, Yuliya Ratkeviç idi.

55 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Ratkeviçin ilk rəqibi isə Yunanıstan güləşçisi Mariya Prevlolaraki idi. Təmsilçimiz bu görüşdən qalib ayrılaraq (2:0, 1:0), 1/4 finala çıxıb.

1/4 finaldakı rəqib yaponiyalı Saori Yoşida idi. Təəssüf ki, Yuliya bu titullu rəqibi ilə görüşdə məğlubiyyətdən qaça bilməyib - 0:1, 0:2. Lakin məğlubiyyətə baxmayaraq, Ratkeviç medal qazanmaq şansı qazanıb. Çünki onu mübarizədən kənarlaşdıran Yoşida finala qədər irəliləməyi bacarıb. Belədə, Ratkeviç bürünc medal qazanmaq üçün öncə amerikalı Kelsi Kempbelli məğlub etməliydi. O, bunun öhdəsindən gəlib - 4:0. Eyni uğuru rusiyalı Valeriya Jolobova ilə dueldə də təkrarlayan təmsilçimiz yarışları üçüncü pillədə başa vurub - 6:0, 2:1. Beləliklə, Ratkeviç də Azərbaycana bürünc medalı qazandırıb!

O.M.