Yuliya Ratkeviç Olimpiadada bürünc medal uğrunda mübarizə aparacaq

Yuliya Ratkeviç Olimpiadada bürünc medal uğrunda mübarizə aparacaq

9 Avqust 2012 21:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanın daha bir qadın güləşçisi London Yay Olimpiya oyunlarında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, Yuliya Ratkeviçdi. 55 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Ratkeviçin ilk rəqibi isə Yunanıstan güləşçisi Mariya Prevlolaraki idi. Təmsilçimiz bu görüşdən qalib ayrılaraq (2:0, 1:0), 1/4 finala çıxıb. 1/4 finaldakı rəqib yaponiyalı Saori Yoşidadı. Təəssüf ki, Yuliya bu titullu rəqibi ilə görüşdə məğlubiyyətdən qaça bilməyib - 0:1, 0:2. Lakin məğlubiyyətə baxmayaraq, Ratkeviçin medal qazanmaq şansı qalır. Çünki onu mübarizədən kənarlaşdıran Yoşida finala qədər irəliləməyi bacarıb. Ratkeviç bürünc medal qazanmaq üçün öncə amerikalı Kelsi Kempbelli məğlub etməlidi.

O.M.