Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb
UEFA Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Oxuməni.az xəbər verir ki , azarkeşlərin səsverməsinə əsasən, bu ada Fransa "Renn"inin hücumçusu Amin Quiri layiq görülüb.
22 yaşlı forvard Türkiyədə "Fənərbağça" ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlcəzair əsilli fransalı forvard İspaniya "Real Sosyedad"ından Robert Navarro, Niderlandın PSV klubundan Lyuk De Yonq və Kiprin AEK (Larnaka) komandasından Omri Altmanı qabaqlayıb.
Digər xəbərlər






































.jpg)
.jpg)






.jpg)



















.jpg)
























