Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

23 Oktyabr 2022 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

“Ferrari” komandasının ispan pilotu Karlos Sayns (kiçik) “Formula 1” üzrə ABŞ Qran Prisinin dünya çempionatının 19-cu təsnifat mərhələsinin qalibi olub.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, ispaniyalı ən yaxşı dövrəni 1 dəqiqə 34,356 saniyəyə qət edib.

İkinci yeri onun monakolu komanda yoldaşı Çarlz Lekler (0,065 saniyə geri qalmaqla) tutub. İlk üçlüyü daha əvvəl cari mövsümdə qələbəni vaxtından əvvəl təmin edən “Red Bull”un niderlandlı pilotu Maks Verstappen (+0,092) qapayıb.

ABŞ Qran-prisi bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.