Azərbaycanda təmsilçisi finalda

Azərbaycanda təmsilçisi finalda

8 Avqust 2012 19:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanın daha bir güləşçisi London Yay Olimpiya oyunlarında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, qadın güləşində qüvvəsini sınayacaq Mariya Stadnikdi. 48 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz mübarizəyə 1/8 finaldan başlayıb. Onun ilk rəqibi isə Klarissa Çun (ABŞ) olub. Təmsilçimiz ilk görüşünü 2:0, 3:0 hesablarıyla qalib başa vurub və növbəti mərhələyə adlayıb. 1/4 finalda Mariya polşalı Nina Matkovska ilə üz-üzə gəlib. Bu rəqibinə də heç bir şans verməyən Azərbaycan güləşçisi 2:0, 4:1 hesabıyla qalib gələrək, yarımfinala çıxıb. Finala çıxmaq yolunda idmançımızı Ukrayna təmsilçisi - İrini Merleni gözləyirdi. Mariya bu rəqibini də məğlub edib (1:0, 2:0) və adını finala yazdırıb. Həlledici görüşdəki rəqib isə yaponiyalı Hitomi Obaradı. Qeyd edək ki, Stadnik Pekin Olimpiadasının bürünc mükafatçısıdı.

O.M.