Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

6 Oktyabr 2022 06:27
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Oxuməni.az-ın məlumatına görə, son oyun günü qol baxımından yüksək məhsuldarlıqla əlamətdar olub. 8 qarşılaşmada qapılara ümumilikdə 27 top vurulub.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avstriyada "Zaltsburq"un qonağı olub. Görüş meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə penaltidən Noa Okafror vurub.

Emrelinin adı matçın iştirak ərizəsinə salınsa da, 25 yaşlı hücumçu sonadək ehtiyatda qalıb.

F qrupunda isə Almaniya "Leyptsiq"i evdə Şotlandiya "Seltik"ni 3-1 məğlub edib.

Gecənin ən bolqollu görüşləri G qrupuna təsadüf edib. "Mançester Siti" İngiltərədə Danimarka "Kopenhagen"inə 5 cavabsız qolla qalib gəlib. "Sevilya" isə İspaniyada Almaniyanın "Borussiya" (Dortmund) klubuna 1:4 hesabı ilə uduzub.

E qrupunda "Çelsi" İngiltərədə İtaliya "Milan"ını darmadağın edib.

F qrupunda turnirin son qalibi "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını minimal hesabla üstələyib.

H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa) klubundan güclü olub. "Benfika" isə Portuqaliyada Fransa çempionu PSJ ilə heç-heçə edib.

Çelsi" (İngiltərə) - "Milan" (İtaliya) - 3:0

"Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1

"Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka) - 5:0

"Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 1:4

"Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail) - 3:1

"Benfika" (Portuqaliya) - PSJ (Fransa) - 1:1