“Olimpiakos“un yeni ulduzu “Qarabağ“la oyunda iştirak etməyəcək

“Olimpiakos“un yeni ulduzu “Qarabağ“la oyunda iştirak etməyəcək

5 Oktyabr 2022 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

"Olimpiakos" komandasının ulduz futbolçusu Marselo Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə iddianı "Sportdog" nəşri irəli sürüb.

Pirey təmsilçisinin baş məşqşçisi Miçel Qonsales 34 yaşlı müdafiəçini "köhlən atlar"la matçda meydana buraxmaq istəmir. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir.

Belə olacağı təqdirdə, Marselo "Qarabağ"a qarşı oktyabrın 13-də Bakıdakı IV tur qarşılaşmasını da buraxacaq.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.