Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

5 Oktyabr 06:19
206
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.

Oxuməni.az xəbər verir ki, , A qrupunda "Liverpul" İngiltərədə Şotlandiya "Reyncers"ini 2 cavabsız qolla üstələyib. İtaliya "Napoli"si isə Niderlandda "Ayaks"ı darmadağın edib - 6:1.

B qrupunda "Portu" Portuqaliyada Almaniyanın "Bayer" komandasına, "Brügge" isə Belçikada İspaniyanın "Atletiko" (Madrid) klubuna qalib gəlib.

C qrupunda İspaniya "Barselona"sı İtaliyada "İnter"ə minimal hesabla uduzub. D qrupunda isə İngiltərə "Tottenhem"i Almaniyada "Ayntraxt"la qolsuz heç-heçəyə razılaşıb.

8 qarşılaşmanın nəticələri aşağıdakı kimidir:

"Liverpul" (İngiltərə) - "Reyncers" (Şotlandiya) - 2:0

"Ayaks" (Niderland) - "Napoli" (İtaliya) - 1:6

"Portu" (Portuqaliya) - "Bayer" (Almaniya) - 2:0

"Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya) - 2:0

"Bavariya" (Almaniya) - "Viktoriya" (Plzen, Çexiya) - 5:0

"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:0

"Marsel" (Fransa) - "Sportinq" (Portuqaliya) - 4:1

"Ayntraxt" (Frankurt, Almaniya) - "Tottenhem" (İngiltərə) - 0:0