"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

23 Sentyabr 10:16
192
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən nə Messi, nə Neymar, nə də Ronalduyam. Normal futbolçuyam".

Oxuməni.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji oyun üslubu barədə danışarkən deyib.

Ötən ay "köhlən atlar"ı Fransanın "Sent Etyen" komandasına dəyişən seneqallı hücumçu elə də texnikalı oyunçu olmadığını bildirib: "Əsas işim son nöqtəni qoymaq, müdafiənin arxasına qaçmaq, vuruşmaq və ikili mübarizələrdən qalib ayrılmaqdır. Mən meydanda döyüşürəm".

Liqa 1 təmsilçisinə keçidindən söz açan 27 yaşlı forvard yay fasiləsində başqa təkliflərinin də olduğunu söyləyib: "3-4 klub mənimlə maraqlanırdı. Aralarında aşağı dəstə təmsilçiləri də var idi. Amma "Sent Etyen" mənimlə maraqlanmağa başlayanda buraya gəlmək istədiyimi bildiridm. Çünki Fransada həmyerlilərim çoxdur. Bu komanda ölkəmizdə də çox populyardır".

Vadji "Sent Etyen"də 25 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: "Qızım bu tarixdə dünyaya gəlib. "Qarabağ"da eyni nömrə ilə oynayırdım".

Qeyd edək ki, İbrahima Vadji "Sent Etyen"lə 3 illik müqavilə imzalayıb.