Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

22 Sentyabr 2022 06:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və meydanda vuruşmağa çalışacağıq".

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi rəqibə sürpriz hazırladıqlarını bildirib. Mahmudov komandada yaxşı əhval-ruhiyyənin olduğunu sözlərinə əlavə edib: "Yaxşı nəticə əldə etmək üçün meydana çıxacağıq".

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.