"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

15 Sentyabr 06:39
181
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub.

Oxuməni.az xəbər verir ki, ikinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma keçirilib.

A qrupunun təxirə salınmış "Reyncers" (Şotlandiyada) - "Napoli" (İtaliya) matçında qonaqlar böyükhesabllı qələbə qazanıb - 3:0.

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu İtaliyada "Milan"ın qonağı olub və 1:3 hesabı ilə uduzub. Emreli görüşdə sonadək ehtiyatda qalıb. E qrupunun digər matçında "Çelsi" Londonda "Zalsburq"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Turnirin son qalibi "Real" F qrupunda "Leyptsiq"i qəbul edib və 2 cavabsız qolla qalib gəlib

G qrupunda "Mançester Siti" İngiltərədə "Borussiya" (Dortmund) ilə qarşılaşıb. Oyun "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

14 sentyabr

Çempionarl Liqası

Qrup mərhələsi, 2-ci tur

A qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya) - 0:3

Qollar: Politano, 68-pen. Cakomo Raspadori, 85. Tanqi Ndombele, 90+1

Xal durumu: "Napoli" - 6. "Liverpul" - 3. "Ayaks" - 3. "Reyncers" - 0

E qrupu

20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

Qollar: Jiru, 45-pen (1:0), Saelemaekers, 47 (2:0), Orşiç, 56 (2:1), Pobeqa, 77 (3:1)

23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: Rahim Sterlinq, 48 - Noa Okafor, 75

Xal durumu: "Milan" - 4, "Dinamo" - 3, "Zaltsburq" - 1, "Çelsi" - 0

F qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya) - 1:1

Qollar: Bondarenko, 10-avtoqol (0:1), Mudruk, 29 (1:1)

23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya) - 2:0

Qollar: Valverde, 84, Asensio, 90+1

Xal durumu: "Real" - 6, "Şaxtyor" - 4, "Seltik" - 1, "Leyptsiq" - 0

G qrupu

23:00. "Kopenhagen" (Danimarka) - "Sevilya" (İspaniya) - 0:0

23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:1

Qollar: Bellinqham, 56 (0:1), Stones, 89 (1:1), Haaland, 84 (2:1)

Xal durumu: "Mançester Siti" - 6, "Borussiya" - 3, "Kopenhagen" - 1, "Sevilya" - 1

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya) - 1:2

Qollar: Arkadiuş Milik, 4 - Joau Mariu, 43 -pen., David Neres, 55

23:00. "Makkabi" (Hayfa, İsrail) - PSJ (Fransa) - 1:3

Qollar: Tyaronn Şeri, 24 - Lionel Messi, 37. Kilian Mbappe, 69. Neymar,

Xal durumu: PSJ - 6, "Benfika" - 6, "Yuventus" - 0, "Makkabi" - 0.